Modern.az

“Şərq tərəfdaşlığı” VCF-dən  Azərbaycanın nararahatlığına REAKSİYA

“Şərq tərəfdaşlığı” VCF-dən  Azərbaycanın nararahatlığına REAKSİYA

22 Noyabr 2018, 22:39

Dekabrın 10-12-si tarixlərində Tbilisidə “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumunun illik, onuncu Assambleyasına Azərbaycan hökümətindən nümayəndə dəvət edilməməsi ilə bağlı bu gün mediada yayılan məlumatlara reaksiya verilib. Modern.az saytında da yer alan narahatlıqla bağlı “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumu komitəsinin bu gün yaydığı bəyanataı oxucuların diqqətinə çatdırırıq:

 

“Kütləvi informasiya vasitələrində, o cümlədən Virtualaz.org, Haqqin.az və Modern.az saytlarında dərc edilmiş, “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumunun illik Assambleyasının qonaqlarının siyahısında və bəyannamənin mətnində ciddi çatışmazlıqların olması barədə tənqidi qeydlərə cavab olaraq qeyd etmək istərdim:

 

1. İllik Assambleyaya hazırlıq davam edir və tədbirin qonaqlarının siyahısı hələ tam deyil. Rəhbər komitə yalnız vətəndaş cəmiyyətindən deyil, Şərq tərəfdaşlığının iştirakçı ölkələrinin hökumətlərindən də yüksək səviyyəli iştirakçıları salamlamağa şad olardı. Dəvətnamələr hələ ki hazırlanır.

 

2. 1918-ci ildə bir çox iştirakçı ölkələrimizin müstəqillik bəyannamələrinin 100 illik yubileyinə həsr olunması planlaşdırılan və Assambleyanın təsdiqinə veriləcək qətnamə hələ ki, layihə formasındadır və nümayəndələr düzəlişlər etməlidirlər. Buna görə də, bu mərhələdə sənədin istənilən müzakirəsi tələsikdir. Biz illik Assambleyanın işıqlandırılması üçün dəvət olunmuş kütləvi informasiya vasitələrini sənədin hazırlanmasının başa çatmasını və təsdiq edilməsini gözləməyə və o vaxta qədər şərh etməməyə çağırırıq.

 

3. Rəhbər komitə təsdiq edir ki, Forum Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşklatlarının müstəqil şəbəkəsidir. Forumun rəhbər komitəsi onun bəyanatlarına görə məsuliyyəti tamamilə öz üzərinə götürür və onları Avropa İttifaqının, yaxud onun istənilən qurumunun mövqeyi ilə eyniləşdirmək olmaz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə