Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb. Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dən “Report”a bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda "laqonda" ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.
Bundan əvvəl Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.