Modern.az

Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı - FOTO

Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı - FOTO

24 Noyabr 2018, 22:52

Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq. Modern.az Hafta.az-a istinadən xəbər verir ki, "26-Twenty Five" kafesi "13" adı ilə fəaliyyətə hazırlaşır. Belə ki, fotolardan da göründüyü kimi artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəlaiyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.

 

Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin "fədailəri" hesab edilən "26 Bakı kommisarının" "şərəfinə" adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə