İstanbulun Sancaqtəpə rayonunda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin sayı 4-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.
***
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb.
Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İstanbulun Sancaqtəpə rayonunda baş verib.
Qəza nəticəsində 3 hərbçi şəhid olub, yaralıların olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.