Modern.az

Polis 22 borclunu saxladı

Polis 22 borclunu saxladı

Aktual

27 Noyabr 2018, 09:36

Noyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə