Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna vəzifə verilib. Modern.az-ın "Unikal.org"a istinadən verdiyi xəbərə görə, Elmir Vəliyev parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə gətirilib.
Məlumatı Milli Məclisdən təsdiqləyiblər. Elmir Vəliyev bu təyinatadək Milli Məclis Aparatında daha aşağı vəzifədə çalışırdı.