Modern.az

Bakıda alimentdən boyun qaçıran qadın həbs olundu

Bakıda alimentdən boyun qaçıran qadın həbs olundu

27 Noyabr 2018, 20:02

Bakıda qadın həbs edilib. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.

 

Onun sözlərinə görə, qadın Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerində saxlanılır: "Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı 3 il 8 aydır həyat yoldaşından ayrılıb.

 

Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib.

 

Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə