Jurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
Məlumata görə, Əfqan Sadıqov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.