Modern.az

Macarıstan iki şübhəlini ABŞ-a verməkdən imtina edib

Macarıstan iki şübhəlini ABŞ-a verməkdən imtina edib

27 Noyabr 2018, 22:45

Macarıstan hökuməti qanunsuz silah alverində şübhəli bilinən iki şəxsi ABŞ-a təhvil verməkdən imtina edib. Modern.az  xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Hizer Nauert məlumat verib.

 

Onun sözlərinə görə, həmin şəxslər Rusiya vətəndaşları böyük Vladimir Lyubishin və kiçik Vladimir Lyubishin adlı şəxslərdir.

 

H.Nauert Macarıstan tərəfinin bu addımından məyus olduqlarını bildirib: “ABŞ-ın tələbini rədd edən Macarıstan şübhəliləri Rusiyaya ekstradisiya edib ki, orada da onların məhkəmə qarşısına çıxması müəmmalı görünür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə