Modern.az

Qazaxda kütləvi zəhərlənmə olub

Qazaxda kütləvi zəhərlənmə olub

28 Noyabr 2018, 10:08

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

 

Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə