Modern.az

Vahid Əhmədov seçicilərlə görüşdü - FOTOLAR

Vahid Əhmədov seçicilərlə görüşdü - FOTOLAR

27 Noyabr 2018, 19:00

Milli Məclisin Quba  rayonundan  deputatı Vahid  Əhmədov  seçiciləri  ilə  növbəti  dəfə  görüş keçirib.

Modern.az-ın məlumatına görə, deputatın Quba  şəhərindəki  ofisində qəbula 72  nəfər  sakin gəlib.

Görüş  maraqlı  keçib, seçiciləri  maraqlandıran  suallara  ətraflı  cavablar  verilib.  Deputat həmçinin Milli  Məclisdəki  fəaliyyəti  barəsində  ətraflı  məlumat  verib.

V.Əhmədov  qeydiyyata alınan vətəndaşların  hamısını tək-tək  qəbul  edib. Qəbulda  bir  çox  məsələlərə  baxılıb və  qərarlar  qəbul  edilib. Qubanın  Dəvədabanı  yaşayış  məntəqəsinin  qazla  təhcizatı, işədüzəltmə, yığılmış  meyvə  məhsulunun  satışında  yaranan  problemlər, təhsil  haqqının  ödənilməsindəki  çətinliklər  və  s.   kimi  məsələlər  araşdırma  mövzusu  olub.

Qəbul  zamanı   Milli  Məclisdə  hazırda müzakirə edilən 2019-cu  ilin  büdcə  layihəsinə  seciçilər  tərəfindən  bir  sıra  təkliflər  və  mülahizələr  səsləndirilib. Qəbuldan  sonra  rayon  rəhbərliyi  ilə  görüş  zamanı  sakinlərin  qaldırdıqları  bir  çox  məsələlər  barəsində  müzakirələr  aparılıb və qərarlar  qəbul  edilib.  

 Deputatın növbəti  qəbulu  dekabr  ayına  planlaşdırılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə