Modern.az

Qida Agentliyi məktəblilərin zəhərlənmə şikayətini ARAŞDIRIB

Qida Agentliyi məktəblilərin zəhərlənmə şikayətini ARAŞDIRIB

28 Noyabr 2018, 17:44

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laborator müayinələrdən keçirilib:

“Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə