Bərdə rayonunda baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslər müəyyən edilib. Modern.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, ötən gün rayonun Lək kəndi ərazisində baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan kənd sakini, Cəfərov Faiq Əfqan oğlu və 1993-cü il təvəllüdlü Zamanov Kənan Sərxan oğlu polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, ötən gün Lək kəndi ərazisində yerləşən meşədə bir qrup gənc arasında baş verən kütləvi dava zamanı 4 nəfər bıçaq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.