Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstana dair konfransda iştirak edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 27-28-da Cenevrədə Əfqanıstana dair beynəlxalq yardım məsələlərinə həsr olunan milli barışıq prosesinə dəstək, regional iqtisadi təşəbbüslər üzrə nazirlərin konfransı keçirilib.
Tədbirdə 70 ölkənin və 28 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Konfransın yekunlarına əsasən birgə rəsmi məlumat qəbul edilib.