Modern.az

Bakıda “Samson və Dalila” tamaşası nümayiş olundu

Bakıda “Samson və Dalila” tamaşası nümayiş olundu

29 Noyabr 2018, 12:03

Noyabrın 29-da “Fairmont Baku” otelində yerləşən “İMAX Cinema” kinoteatrında Metropoliten Operanın Fransa bəstəkarı Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası nümayiş olunub.

 

Modern.az xəbər verir ki, operanın nümayişindən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit iki ölkə arasında mədəni əlaqələrdən danışıb.

Daha sonra nümayiş olunan tamaşa barədə H.Smit deyib:

 

“Metropoliten Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edirik. Nyu-York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edir. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə təqdim olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub. Operada Elina Qarança (Dalila), Robero Alaniya (Samson) və azərbaycanlı Elçin Əzizov (Abimeleç) çıxış ediblər”.

 

Sonra tamaşa təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə