Modern.az

Tərtərdə PARTLAYIŞ - İki nəfər ağır dərəcədə yandı  

Tərtərdə PARTLAYIŞ - İki nəfər ağır dərəcədə yandı   

29 Noyabr 2018, 12:33

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib."Report" hadisə zamanı iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırıldığını bildirib.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, partlayış nəticəsində iki nəfər xəsarət alıb:

“2 nəfər yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin bədən səthinin 100 faizi yanıb. İkinci şəxsin isə bədən səthinin 70-80 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağırdır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Bakıdan Tərtərə yardım briqadası göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə