Modern.az

Sabahdan havalar dəyişəcək - Külək, şaxta, qar... - XƏBƏRDARLIQ  

Sabahdan havalar dəyişəcək - Külək, şaxta, qar... - XƏBƏRDARLIQ  

29 Noyabr 2018, 12:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 faiz olacaq.


Azərbaycanın rayonlarında
bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz  8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti  təşkil edəcək. 


Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında - Noyabrın 30-u axşamdan dekabrın 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı,  yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək.

Azərbaycanın rayonlarında - Noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə