Sumqayıt şəhər səhiyyəsində kadr islahatı aparılıb.
Modern.az-a daxil olan məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında deyib ki, hələlik bununla bağlı məlumat yoxdur:
“Nə bununla əmr var, nə də şəxs işdən azad olunması üçün ərizə yazıb”.
Sumqayıt şəhər Səhiyyə şöbəsindəki mənbə isə xəbəri təsdiqləyib.