Modern.az

Zurabişvili Gürcüstan Prezidenti kimi ilk səfər edəcəyi ölkələri açıqladı

Zurabişvili Gürcüstan Prezidenti kimi ilk səfər edəcəyi ölkələri açıqladı

29 Noyabr 2018, 15:56

Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: “İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva - red.) olacağına heç kəs təəccüblənməz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə