Modern.az

Diaspor Komitəsi müdaxilə etdi, erməni təxribatının qarşısı alındı

Diaspor Komitəsi müdaxilə etdi, erməni təxribatının qarşısı alındı

29 Noyabr 2018, 17:45

Rusiyaya məxsus Yandex.ru axtarış sistemində Azərbaycan Respublikası ilə bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

 

Bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən tövsiyələr verilib.

 

 

Bu barədə Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məsələ ilə əlaqədar “Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan Respublikası haqqında dezinformasiya proqramdan çıxarılıb.


Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdir. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə