Modern.az

Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

29 Noyabr 2018, 17:49

Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a verilən məlumata görə, xəstələr tam müayinədən keçirilib:

“Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib. Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib”.

Rəsmi məlumata görə, rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə