Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.
Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.