Modern.az

Süni intellekt insanın gözlərinə görə yaşını müəyyənləşdirəcək

Süni intellekt insanın gözlərinə görə yaşını müəyyənləşdirəcək

29 Noyabr 2018, 19:22

Moskva Dövlət Universitetinin alimlər qrupu və “HautAI OU” texnologiya startapı tərəfindən birgə hazırlanmış “PhotoAgeClock” süni intellekti insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlərin ətrafındakı sahəni təhlil edərək insanın yaşını daha dəqiq müəyyənləşdirəcək.

 

“PhotoAgeClock” süni intellekti 8414 insan şəkli üzərində öyrədilib. Bundan sonra süni intellekt başqa şəkillər üzərində sınaqdan keçirilib və insanların yaşını 2,3 yaş dəqiqliyi ilə müəyyənləşdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə