Nigeriyanın prestijli "La Pounte" supermarketində "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb. Modern.az xəbər verir ki, bu barədə Axar.az-a Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.
Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə satışa çıxarılır. Məqsəd "Made in Azerbaijan" brendini xarici bazarlarda təşviq etməkdir.