Modern.az

Azərbaycan  Avstraliya ilə qarşılıqlı turist axınını artırmağı planlaşdırır

Azərbaycan  Avstraliya ilə qarşılıqlı turist axınını artırmağı planlaşdırır

29 Noyabr 2018, 21:27

“Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

 

O qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:

 

“Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.

 

Qeyd edək ki, turizm Azərbaycanımn qeyri-neft sektorunun aparıcı sahələrindən biridir.

 

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə