Modern.az

Əcnəbi brakonyerlər 5980 manat cərimələndi

Əcnəbi brakonyerlər 5980 manat cərimələndi

Aktual

30 Noyabr 2018, 10:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən  bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

 

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakiniAmid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir