Modern.az

Sabah yağış yağacaq - PROQNOZ - XƏBƏRDARLIQ  

Sabah yağış yağacaq - PROQNOZ - XƏBƏRDARLIQ   

Aktual

30 Noyabr 2018, 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  9-12, Bakıda  gecə  5-7, gündüz  9-11 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 775  mm  civə  sütunundan  766  mm  civə sütununa enəcək.  Nisbi rütubət  80-90 faiz olacaq. 

Azərbaycanın rayonlarında – Sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Bəzi  yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-4 dərəcə isti  təşkil edəcək. 


Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrın 1-2-də  Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın 2-si gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında - Qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir