Modern.az

Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı yanlışlığa yol verdi – RƏSMİ

Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı yanlışlığa yol verdi – RƏSMİ

Aktual

30 Noyabr 2018, 13:35

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin oktyabr ayı üzrə büdcə daxilolmalarının 226 milyon 88 min manat təşkil etdiyi barədə məlumatlar yayılıb.

 

Bu haqda Modern.az-a Komitədən bildirilib.

 

Dövlət Gömrük Komitəsi qeyd edib ki, komitənin rəsmi internet səhifəsində büdcə daxilolmaları bölməsində yaranan texniki səbəblərdən rəqəmlərin əks olunduğu cədvəldə yanlışlığa yol verilib.

 

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar belədir: gömrük rüsumu üzrə 93252.20, ƏDV üzrə 263685.90, aksizlər üzrə 16539.40, yol vergisi üzrə 4644.80, cəmi: 378122.30 milyon manat.

 

Bildirilib ki, texniki nasazlıq qısa zaman ərzində aradan qaldırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir