Modern.az

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə - VİDEO

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə - VİDEO

Aktual

30 Noyabr 2018, 15:11

Gəncədə YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi icra edilib. Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncədən olan millət vəkillərinin təşəbbüsü ilə həyata keçirilən tədbir “OFFSİDE” futbol kompleksində baş tutub.

 

Modern.az xəbər verir ki, Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-dən çox məktəbli idmançı iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu qeyd edən AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev bu günə qədər layihədən 25 mindən çox gəncin yararlandığını qeyd edib. Rauf Əliyev layihənin həyata keçirilməsində daha bir məqsədin istedadlı futbolçuları tapmaq, onlara dəstək vermək olduğunu vurğulayıb.

Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladan millət vəkili Naqif Həmzəyev gələn ildə “Açıq əyləncəvi Futbol məktəbləri” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub.

Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdirib və qonaqlarla xatirə şəkili çəkdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir