Modern.az

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana getdi  

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana getdi   

30 Noyabr 2018, 17:38

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Villiyam Gill noyabrın 29-30 Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu haqda Modern.az-a ABŞ səfirliyindən məlumat verilib.

 

O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin başçısı Namiq Paşayev, Ombudsman Ülkər Bayramova, əmək və sosial müdafiə naziri Cavid Səfərovla görüşlər keçirib.

 

Villiyam Gillin səfəri əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi ortaq prioritetlərin müzakirəsi üçün gözəl fürsət olub.

 

Noyabrın 29-da ABŞ-ın Bakıdakı səfirliyi ƏSA Teatrının səhnələşdirdiyi “Adamlar və siçanlar tamaşasının Naxçıvan Musiqili Teatrında ifasını maliyyələşdirib.

 

Bu tədbir 2018 ilin Əlilliyi Olan İnsanların Beynəlxalq Günündə həyata keçirilib.

 

Noyabrın 30-u müvəqqəti işlər vəkili Gill əlil insanlar üçün nəzərdə tutulan Naxçıvan Regional Bərpa Mərkəzinə gedərək mərkəzin göstərdiyi xidmətlər barədə məlumat alıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat