Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb. Modern.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bunlar güləşçilər Azər Hüseynov və Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanovdur.
Bütün idmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.
Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib və 30 iyul 2019-cu ildə bitəcək.
Qəhrəmanovdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq - 12 iyul 2019-cu ilədək cəzalandırılıb.