Modern.az

Yerevanda 2 general dindirildi

Yerevanda 2 general dindirildi

Aktual

1 Dekabr 2018, 12:37

Ermənistanda "1 mart 2008-ci il" cinayət işi üzrə bağlı min nəfərdən çox şəxs istintaqa çağırılaraq ifadəsi alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan deyib.

 

Ancaq S.Xaçaturyan konkret olaraq adlar açıqlamayıb. Bununla belə, "Joxovurd" qəzeti Xüsusi İstintaq Xidmətinə çağırılaraq ifadəsi alınan iki generalın adını açıqlayıb. Nəşr qeyd edib ki, ifadə verən şəxslər arasında sabiq polis rəisi, general Ayk Arutunyan və onun birinci müavini, general-leytenant Ararat Maxtesyan da var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat