Modern.az

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Aktual

1 Dekabr 2018, 12:45

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, reydlər nəticəsində Suraxanı rayonu ərazisində 4, Sabunçu rayonu ərazisində isə 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin mağazaların 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib, həmin şəxslər müvafiq qaydada cərimə olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat