Modern.az

Vertolyot çaya düşdü – 1 ölü, 2 yaralı

Vertolyot çaya düşdü – 1 ölü, 2 yaralı

Aktual

1 Dekabr 2018, 14:25

Cənubi Koreyada vertolyot qəzaya uğrayıb. Modern.az-ın məlumatına görə, qəza nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

 

Qəzaya uğrayan Кa-32 vertolyotunun meşə yanğınlarının söndürülməsi üçün istifadə olunduğu bildirilir. 1997-ci il Rusiya istehsalı olan vertolyotun göyərtəsində ümumilikdə 3 nəfərin olduğu bildirilir.

 

Məlumata görə, vertolyot yanğını söndürmək üçün su götürməyə enərkən çaya düşüb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma başlayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat