Modern.az

Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsarət alıb

Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsarət alıb

Aktual

1 Dekabr 2018, 16:30

Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.

 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat