İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, "UTC" vaxtı ilə saat 13:27-də qeydə alınan yeraltı təkanların episentri Dili şəhərindən 365 kilometr şərqdə, ocağı isə 137 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.