Modern.az

Salyanda toydan çıxan kişini maşın vurdu

Salyanda toydan çıxan kişini maşın vurdu

Aktual

1 Dekabr 2018, 22:28

Bu gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Sarvan kəndinin 53 yaşlı sakini Şirməmməd Ziyad oğlu Əmənov toydan çıxaraq yolun kənarı ilə evinə gedərkən onu həmin toydan çıxan digər həmkəndlisi, 53 yaşlı Səməd Fətalı oğlu Səmədovun idarə etdiyi “VAZ-21099” markalı minik maşını vurub. Xəsarət almış piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan onun vəziyyətinin yaxşı olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat