Modern.az

Ərdoğan Trampla bağlı qapılar arxasında görüşdü

Ərdoğan Trampla bağlı qapılar arxasında görüşdü

Aktual

1 Dekabr 2018, 23:09

Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında görüş olub.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və ABŞ liderlərinin ikitərəfli görüşü "Costa Salguero" sərgi mərkəzində keçirilib.

 

Danışıqlar bağlı qapı arxasında keçirilib və 50 dəqiqə davam edib. Danışıqların təfərrüatı ilə bağlı hələlik hər hansı məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat