Azərbaycanda ərin arvadının başını qırxıb sosial şəbəkədə yayması hadisəsinə münasibət bildirilib. Modern.az xəbər verir ki, yayılan fotoda kişinin həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkdiyi görünür.
Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, hadisədən xəbərdardırlar: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”.
Qeyd edək ki, gənc qadının kimliyi məlum deyil.