Modern.az

G20 liderləri RAZILAŞDI: 31 bəndlik bəyannamə

G20 liderləri RAZILAŞDI: 31 bəndlik bəyannamə

Aktual

2 Dekabr 2018, 00:01

G20 liderləri Argentinada keçirilən sammitin nəticələri üzrə yekun bəyannamə qəbul ediblər. Modern.az xəbər verir ki, bəyannamə 31 bənddən və bir sıra sənddən ibarət əlavələrdən ibarətdir. Yekun bəyannamədə beynəlxalq qaydalara sadiq qalmaq, ABŞ-ın etirazlarına baxmayaraq Paris İqlim Müqaviləsinin eynilə tətbiq olunmasına və Dünya Ticarət Təşkilatında islahat aparılması barədə razılıq əldə ediblər. Paris xartiyasının davam etdirilməsinə yalnız ABŞ qarşı çıxıb.

 

Sammitin 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.

 

Bəyannamədə gələcək əməkdaşlıq, inkişaf üçün infrastruktur, davamlı ərzaq strategiyası və gender bərabərliyi kimi mövzuların əhatəli şəkildə müzakirə olunduğu qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat