Modern.az

Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimdə iştirak edib

Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimdə iştirak edib

Aktual

2 Dekabr 2018, 14:15

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 1 dekabr 2018-ci il tarixində Meksika Birləşmiş Ştatları prezidenti Andres Manuel Lopez Obradorun Meksika Deputatlar Palatasının binasındakeçirilmiş andiçmə mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, mərasimdə bir sıra dövlət başçıları, çoxsaylı yüksəksəviyyəli qonaqlar iştirak edib.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbrikləriniçatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat