Modern.az

“Volvo” 16 mindən çox avtomobili geri çağırır

“Volvo” 16 mindən çox avtomobili geri çağırır

Aktual

2 Dekabr 2018, 17:36

İsveçin avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.

 

Modern.az AZƏRTAC-a istinadən  xəbər verir ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və “Volvo”nun Çindəki zavodlarında yığılmış “XC90”, “S90”, “V90CC” və “XC40” modelindən olan nəqliyyat vasitələridir.

 

Bildirilir ki, “Volvo” qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat