Modern.az

Qətər OPEK-dən çıxacaq

Qətər OPEK-dən çıxacaq

Aktual

3 Dekabr 2018, 10:49

Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.

Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.

Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat