Modern.az

Cəlil Cavanşirin “Miladdan sonra” adlı yeni kitabı işıq üzü görüb

Cəlil Cavanşirin “Miladdan sonra” adlı yeni kitabı işıq üzü görüb

Aktual

3 Dekabr 2018, 12:01

Cəlil Cavanşirin “XAN” Nəşriyyatında “Miladdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Müəllifin Modern.az-a bildirdiyinə görə, kitabda son illərdə yazdığı şeirlər toplanıb. “İlin əvvəlində bir daha kitab çap etdirməyəcəyimə söz versəm də, bu sözümü tuta bilmədim. Anladım ki, kitabsız, ədəbiyyatsız yaşamaq mənim üçün çox çətindir. Eyni zamanda şeirlərimə tələbat olduğunu müşahidə etdiyim üçün, yeni şeirlər kitabı ilə oxucularımı sevindirmək isədim. Hər zaman olduğu kimi, bu dəfə də dotum və naşirim Müşfiq Xan arzumu həyata keçirmək üçün əlindən gələni etdi.

Dostum  Sevinc Çılğın da kitabın redaktəsini öz üzərinə götürdü və beləliklə kitab hazır oldu. Şeirsevərlər üçün çox maraqlı bir kitab olacağını düşünürəm. Xüsusilə gənclər tərəfindən kitabın maraqla qarşılanacağına əminəm.”

 

Növbəti həftələrdə kitabın Bakıda və bir sıra rayonlarda təqdimatı nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat