Dünya bazarlarında “Brent” markalı neftin 1 bareli 5% bahalaşıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bahalaşma Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Ben Salmanın G20 sammitində OPEK+ proqramını qüvvədə saxlaması ilə bağlı razılaşmasından sonra qeydə alınıb.
Hazırda London birjasında neftin qiyməti 4,89% bahalaşaraq 62,37 dollara çatıb.