Modern.az

İmişlidə iki avtomobil toqquşdu - Bir nəfər öldü

İmişlidə iki avtomobil toqquşdu - Bir nəfər öldü

Aktual

3 Dekabr 2018, 14:14

İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi “Hyundai” və Vüqar Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.

 

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat