Modern.az

Gömrükdə külli miqdarda narkotik aşkarlandı

Gömrükdə külli miqdarda narkotik aşkarlandı

Aktual

3 Dekabr 2018, 16:48

Cənub Ərazi  Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə  İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq  yolu ilə narkotik vasitələrin  gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata əsasən Cənub Ərazi  Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi  əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası  vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan  şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə  satmaq istədiyi,  5  ədəd  bağlmada qablaşdırılan,  xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək  aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat