Modern.az

DİN-dən saçı qırxılan qadın haqda AÇIQLAMA

DİN-dən saçı qırxılan qadın haqda AÇIQLAMA

Aktual

3 Dekabr 2018, 16:55

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Rusiyada həyat yoldaşı və qohumları tərəfindən saçı qırxıldığı deyilən qadının məsələsi ilə bağlı araşdırma apardığını bildirib.

Sosial şəbəkələrdə yayılan təxminən bir dəqiqəyə qədər olan videoda saçı qırxılmış gənc bir qadın görünür. Videodakı danışıqlarda bir kişinin qeyri-etik ifadələrlə qadını və qadının ailəsini təhqir etdiyi eşidilir.

Modern.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, qadının anası günahkar şəxslərin cəzalandırılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edib.

Məlumata görə, qadının anası, Mingəçevir şəhər sakini X.Malışova dekabrın 1-də polisə "ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulması" ilə bağlı ərizə yazıb.


DİN bildirib ki, qadın 2013-cü ildə Gəncə şəhərində doğulmuş, hazırda Rusiya vətəndaşı olan E.Həsənov ilə ailə qurub və sonradan həyat yoldaşı və onun ailə üzvləri ilə birgə iki il Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Sonradan isə həyat yoldaşı ilə problem yaşayan qadın azyaşlı övladı ilə birgə anasının yanına qayıdıb.

"Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb", - rəsmi məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat