Modern.az

Zorakılığın qarşısının alınması üzrə fond yaradıldı - YENİLİK

Zorakılığın qarşısının alınması üzrə fond yaradıldı - YENİLİK

Aktual

3 Dekabr 2018, 18:30

Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond (Gymnastics Ethics Foundation) yaradılıb.



Modern.az xəbər verir ki, bu barədə qərar Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində qəbul olunub.



Qeyd edək ki, bu ilin fevralında FIG-in prezidenti Morinari Vatanabe idmançıların seksual xarakterli zorakılıqla bağlı məlumat verə biləcəkləri müstəqil qurumun yaradılmasını təklif edib. Yeni təsis edilən fond FIG-dən asılı olmayacaq.

FIG-in Bakıdakı Konqresi dekabrın 2-3-ni əhatə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat