Modern.az

Bakıda doqquz ayda 9980 nəfər dünyasını dəyişib

Bakıda doqquz ayda 9980 nəfər dünyasını dəyişib

Aktual

3 Dekabr 2018, 21:41

Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

 

Ümumilikdə bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat